22 
may
2023
16:10
508

SAMUR ABŞERON KANALINDA 14 YAŞLI GƏNC BATDI

22 may, 2023
16:10
508

SAMUR ABŞERON KANALINDA 14 YAŞLI GƏNC BATDI

Abşeronda 14 yaşlı gənc bədbəxt hadisənin qurbanı olub.
Hadisə Samur Abşeron kanalının Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Allahverdiyev Babakisi Elzamin oğlu ehtiyatsızlıq nəticəsində kanala yıxılıb. Nəticədə gənc oğlan suda boğularaq dünyasını dəyişib.
Hadisə yerinə Hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım briqadası cəlb olunub.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır

Nizami Rəsulov

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar