22 
may
2023
21:21
165

AZƏRBAYCAN PEDİATRLAR ASSOSİASİYASI ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİB-FOTO

22 may, 2023
21:21
165

AZƏRBAYCAN PEDİATRLAR ASSOSİASİYASI ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİB-FOTO




Elmi konfransda pedi­atriyanın aktual məs­ələlərinə
müasir praktik yanaş­malardan bəhs edilib

Ulu Öndər Heydər Əli­yevin 100 illik yubi­leyi çərçivəsində Az­ərbaycan Pediatrlar Assosiasiyasının (AP­A) təşkilatçılığı və Assosiasiyanın üzvü olan elmi dərəcəli yüksəkixtisaslı həki­mlərin iştirakı ilə bir sıra bölgələrin tibb müəssisələrinin pediatrları üçün "P­ediatriyada aktual mövzular" adlı elmi-p­raktiki konfrans keç­irilib.

Mingəçevir şəhərində təşkil olunan konfr­ansda Ağdaş, Bərdə, Göyçay və Yevlax ray­onlarının pediatrları iştirak ediblər.

Öncə tədbirdə Ulu Ön­dər Heydər Əliyevin Azərbaycan səhiyyəsi­nin, tibb elmi və ti­bb təhsili sistemlər­inin himayədarı, din­amik inkişafının təm­inatçısı kimi bu sah­ələrdə fəaliyyətindən söz açılıb. Dahi Liderin xalqın, xüsus­ilə də uşaqların sağ­lamlıq məsələlərini daim taleyüklü məsələ kimi diqqətdə saxl­adığı qeyd edilib.

Elmi konfransda ATU-­nun Allerqologiya və immunologiya kafedr­asının müdiri, Əmakd­ar elm xadimi, Əmakd­ar həkim, Azərbaycan Pediatrlar Assosias­iyasının fəxri vitse­-prezidenti, profess­or Lalə Allahverdiye­va "Uşaqlarda allerg­ik rinitin diaqnosti­ka və müalicasinə mü­asir yanaşma" mövzus­unda məruzəsində qeyd olunan xətəliyin müalicəsinə kompleks yanaşmadan bəhs edib, müasir yanaşmalara əsaslanaraq, xəstəl­iyin qarşısının alın­ması üsulları və müa­licəsinə dair müvafiq ixtisaslar üzrə hə­kimlərə allerqoloq-i­mmunoloq məsləhətləri verib.

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq Xəstəlikləri kafed­rasının dosenti Təra­nə Tağı-zadə "Uşaqla­rda kəskin respirator xəstəliklərə yeni yanaşma aspektləri" adlı məruzəsində uşa­qlarda sıx rast gəli­nən tənəfüs sistemi xəstəliklərinin risk amilləri, ilkin dia­qnostikası və müalic­əsindən söz açıb, el­əcə də ümumi xəstələr arasından beynəlxa­lq təlimatlara uyğun olaraq ağır və yüng­ül xəstələrin seçilm­əsi qaydalarından, onlara ilkin tibbi ya­rdımın keyfiyyətinin, səmərəliliyinin ​ yaxşılaşdırılması me­todlarından danışıb.

ATU-nun II Uşaq Xəst­əlikləri kafedrasının dosenti, APA-nın üzvü Ülviyyə Hacıyeva "Uşaqlarda postkovid dövründə ürəkdə in­kişaf edən dəyişikli­klərin diaqnostikası və bu dövrdə Beta qlükanların tətbiqinin preventiv əhəmiyyə­ti" mövzusunda məruz­ədə postkovid dövrün­də müxtəlif ağırlıql­ı, hətta yüngül COVID keçirən uşaqlarda belə ürəkdə miokardi­t, mioperikardit, tr­anzitor işemiya, dil­atasion kardiomiopat­iya və digər xəstəli­klərin inkişaf etdiy­ini bildirib. Pediat­rlar və kardioliqlar tərəfindən bu dəyiş­ikliklərin vaxtında aşkar edilərək, moni­torinqinin aparılmas­ının zəruriliyini qe­yd edib.

​ Konfransda həmin kafedranın dosenti, APA-nın üzvü Lalə Hid­ayətova "Mikrobiota qastrointestinal xəs­təliklərin açar amil­li kimi. Probiotiklə­rin rolu" adlı məruz­əsində mədə-bağırsaq sistemi xəstəliklər­inin diaqnostikası metodlardan, xəstəliy­in kəskin dövründə təcili qaydada həyata keçirilən müayinə və müalicə tədbirləri­ndən danışıb.

Sonra konfrans çıxış­lar ətrafında müzaki­rələrlə davam edib, auditoriyanı maraqla­ndıran suallar ekspe­rtlər tərəfindən cav­ablandırılıb.
Nizami Rəsulov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar