Xəbərin Kateqoriyası: Xəbərlər / Maraqli məlumatlar

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi qəbul olundu


Milli Məclisin bu gün keçirilən iclasında "Ələt azad iqtisadi zonası haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Den.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi haqqında məlumat verərək qeyd edib ki, qanun layihəsi hazırlanarkən azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, qanun layihəsi beynəlxalq standartlara tam cavab verir: "Qanun layihəsi tətbiq olunandan sonra ölkə iqtisadiyatının inkişafında mühüm rol oynayacaq".

Daha sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Layihə 5 fəsil, 30 maddədən ibarətdir.
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız