29 
may
2023
23:47
239

Əməkdar artist Elxan Qasımov vəfat edib.

29 may, 2023
23:47
239

Əməkdar artist Elxan Qasımov vəfat edib. - FOTO VİDEO

Əməkdar artist Elxan Qasımov vəfat edib.

Den.az xəbər verir ki, bu barədə mətbuata qızğı məlumat verib.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci ilin 24 aprelində Naxçıvanda anadan olub.

M.A.Əliyev adına ADİİ-nin aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültələrində təhsil alıb. Elxan Qasımov daha çox "Əhməd haradadır?" bədii filmindəki "sürücü Əhməd" rolu ilə tanınsa da, həmçinin bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.

Bundan başqa, o, "Axırıncı aşırım", "İnsan məskən salır", "İstintaq", "Nəsimi", "Nizami Gəncəvi" kimi filmlərdə də rol alıb.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə, 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Elxan Qasımovun bu ilin may ayında səhhətində problemlər yaranıb və özəl xəstəxanaların birində əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub və bu günə qədər xəstəxanada reanimasiyada müalicəsi davam etdirilib.




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar