30 
may
2023
10:29
164

Moskvaya dronlara hücum edildi

30 may, 2023
10:29
164

Moskvaya dronlara hücum edildi - FOTO VİDEO



Bu gün səhər saatlarında pilotsuz uçuş aparatı (PUA) Moskva şəhərinin Lenin prospektində yerləşən 14 mərtəbəli yaşayış binasına çırpılıb.

Məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin də təsdiq edib.

Rusiya mətbuatı yazır ki, pilotsuz uçuş aparatı üç partlayıcı daşıyıb.

Yaşayış binasının sakinləri təxliyə ediliblər.
Rusiya “Telegram” kanalları PUA-nın qəzaya uğraması nəticəsində ölənlərin olduğunu yazır.

Hələlik aidiyyəti qurumlar dağıntı və insan itkisi barədə məlumat yaymayıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar