iyn
2023
01:07
223

Tovuzda qaynatasının evinə qonaq gələn kürəkən və onun qardaşı qaynı tərəfindən bıçaqlanıb

1 iyn, 2023
01:07
223

Tovuzda qaynatasının evinə qonaq gələn kürəkən və onun qardaşı qaynı tərəfindən bıçaqlanıb - FOTO VİDEO






Tovuzda iki qardaş bıçaqlanıb. “Den.az” -ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Məlumata görə qohumlar arasında dava qardaşlardan birinin övladın dünya gəlməsinin 40 günü ilə bağlı keçirilən mərasimdə baş verib. Əvvəlcə Quliyevlər ailəsinin kürəkəni İsrail Cəfərovla qaynı Zəlimxan Quliyev arasında mübahisə yaranıb. Qaynı aralarındakı mübahisəyə bıçağa əl atmaqla son qoyub. Nəticədə İsrail Quliyev kürək nahiyəsindən bıçaqlanıb. Bu zaman qardaşına köməyə gələn Gündüz Cəfərova isə sinə nahiyəsindən bıçaq zərbəsi endirib. Bundan sonra davanın miqyası böyüyüb.Nəticədə Zəlimxanın özü və atası İlham Quliyev də müxtəlif bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslərin hər biri Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib və vəziyyətləri kafi və orta-ağır qiymətləndirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar