iyn
2023
15:57
263

İcra başçısının direktor qızı İdarəyə çağırıldı

1 iyn, 2023
15:57
263

İcra başçısının direktor qızı İdarəyə çağırıldı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru olan qızı Gülnar Qurbanovanın Qaynarinfo-da yayımlanan xəbərə görə Qarabağ Regional Təhsil İdarəsinə çağırıldığı deyilir.

Den.az xəbər verir ki, Gülnar Qurbanovanın katibəsi Bizim.media-ya açıqlamasında hazırda direktorun məktəbdə olmadığını və regional təhsil şöbəsinə çağırıldığını bildirib.

Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova isə məsələdən yeni xəbər tutduqlarını və araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır. Məlumatımıza görə, G.Qurbanova dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib. Futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir.

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacaq da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib. Məktəb direktoru buna görə sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar