iyn
2023
16:24
171

Ağsuda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda festival keçirilib

1 iyn, 2023
16:24
171

Ağsuda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda festival keçirilib

Ağsuda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib.

DEN.AZ verir ki, Ağsuda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət evində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli, RİH-nin, YAP Ağsu rayon təşkilatının, Ağsu rayonu üzrə Təhsil sektorunun, rayon Gənclər və İdman idarəsinin, rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət evinin məsul işçiləri, rayon ümumtəhsil məktəblərinin şagirdləri, Vətən müharibəsi şəhidlərinin, qazilərinin, iştirakçılarının övladları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.



Festival iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra şəhər Mədəniyyət evinin foyesində rayon məktəblilərinin Ulu Öndərə həsr etdikləri əl işləri sərgisinə baxış keçirilib. Mədəniyyət evinin zalında təşkil olunan festivalda əvvəlcə Dövlət Himni səsləndirilib. Festivalın aparıcıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ümummilli Liderin çoxşaxəli fəaliyyəti dövlətə və xalqa xidmət nümunəsidir. Müstəqil Azərbaycana hansı sahədən baxsaq dahi şəxsiyyətin xidmətlərinin uğurlu nəticələrini görürük.

Ümummilli Liderin faliyyətində gənclərə, uşaqlara diqqət və qayğı xüsusi yer tutmuşdur. Uşaqlara qayğı Ümummilli Liderin “Uşaqlar bizim gələcəyimizdir” tezisində özünün aydın ifadəsini tapır. “Heydər Əliyev İli” çərçivəsində uşaqlar, gənclər arasında bu səpgili tədbirlərin keçirilməsi onların dahi şəxsiyyət Heydər Əliyev haqqında düşüncələrinin formalaşmasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider hər zaman, uşaqları, gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək onların Vətənə layiq övlad kimi yetişmələrini qarşıya mühüm vəzifə kimi qoyurdu.Qeyd edilib ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Tarixi Zəfərimiz Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsidir.


Bu Qələbə bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun, tarixinə sahib çıxmasının təsdiqi oldu.Daha sonra uşaq xor kollektivinin ifasında “Xaiq Heydər söləyəcək” və “Qarabağ mahnısı”, rayon məktəblilərinin ifasında “Zəfər kompazisiyası”, Uşaq dram dərnəyinin ifasında “Qarabağa qayıdış” səhnəciyi, milli rəqslərlə yanaşı digər xalqların rəqsləri, nağaraçıların çıxışı və bədii qiraət nümunələrindən ibarət konsert proqramı festival iştirakçılarının böyük marağına səbəb olub.Festivalın sonunda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar cari ildə rayonda keçirilmiş İntellektual bilik yarışmasının, şeir və əl işləri müsabiqələrinin, “Ata vəsiyyətini yerinə yetirən Sərkərdə” mövzusunda yazı müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.


DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar