Xəbərin Kateqoriyası: Xəbərlər

“Ümidlə Gəl” tok-şousu digər sosial proqramlardan formatına görə fərqlənir





Layihə rəhbəri və aparıcısı Hacı Quliyev olan “Ümidlə Gəl” tok-şousu digər sosial  proqramlardan formatına görə fərqlənir.Layihə digər proqramlardan əsas fərqi odur ki, bu proqrama üz tutan hər kəsin problemi yerindəcə həll olunur. Proqramın 16 mart buraxılışında tamaşaçıları şok edən xəbər isə artıq çəki ilə “Ümidlə Gəl”ə üz tutan və studiyadan birbaşa “Zəfəran hospitala” yola salınan Tovuz sakini Mahirə xanımın dörd gün ərzində 180 kilodan 172 kiloya düşməsi oldu.“Zəfəran hospital”da müalicəsi davam edən Mahirə xanım Koronar KT Angeoqrafiya əməliyatından keçirilib və cavab müsbətdir. Anestezioloqların yekun qərarından sonra xəstə növbəti prosedurlara hazırlanacaq. Aldığı ağır zərbədən sağlamlığını və iş qabiliyyətini itirən, on beş illik həyat yoldaşı tərəfindən atılan, üç övladı ilə birlikdə acınacaqlı şəraitdə yaşayan Şəmkir rayon Dəllər kənd sakini Salmanov Şöhrətin həyat hekayəsi zalda əyləşən ekspertləri və tamaşaçıları göz yaşına boğdu. Lakin “Ümidlə Gəl” komandası onu da ümidsiz buraxmadı. Şöhrət bəy studiyadan birbaşa “Respublika Klinik Xəstəxana”ya, nevroloji şöbəyə yola salındı.Digər qəhrəman, Qazax rayonundan olan 23 yaşlı Əli idi. O, anadangəlmə ürək qüsuru problemi ilə üz tutmuşdi ümidlə gələnlərin proqramına. Hacı Quliyev Əlini də studiyadan birbaşa yola saldı “Respublika Klinik Xəstəxana”nın kordioloji şöbəsinə. Qeyd edək ki, “Ümidlə Gəl” tok-şousu sosial cəhətdən imkansız ailələrə və şəxslərə xeyriyyə məqsədi ilə yaradılan sosial layihədir.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız