iyn
2023
18:02
196

“Nikol Rusiyanı regiondan sıxışdırmaq üçün özünü Qərbin qucağına atdı" - Şarmazanov

1 iyn, 2023
18:02
196

“Nikol Rusiyanı regiondan sıxışdırmaq üçün özünü Qərbin qucağına atdı" - Şarmazanov

“Nikol Rusiyanı regiondan sıxışdırmaq üçün özünü Qərbin qucağına atdı, "Artsax"ı Azərbaycanın bir hissəsi kimi tanıdı”.

Den.az erməni mediasına istinadən xəbərverir ki, bu fikiri Ermənistan Milli Assambleyasının keçmiş vitse-spikeri Eduard Şarmazanov səsləndirib:

“Nikol sadəcə bir fəlakətdir. Bir neçə ay əvvəl o, Rusiyanın təkliflərini Ermənistan-Azərbaycan danışıqları üçün əsas kimi qəbul etdiyini bildirsə də, bu gün Aİ-nin vasitəçiliyi ilə Əliyevlə danışıqlar aparır. Xatırladım ki, bir neçə ay əvvəl Rusiya prezidenti V.Putin Kremlin təkliflərinin mahiyyətini açıqlamışdı. Bəs Nikol nə etdi? O, özünü Qərbin qucağına atdı, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün "Artsax"ı Azərbaycanın bir hissəsi kimi tanıdı, Qərbi və Türkiyə-Azərbaycan tandemini razı saldı. Bunun müqabilində yəqin ki, o, Qərbdən və Türkiyədən təhlükəsizlik zəmanəti alıb", _ deyə ŞArmazanov vurğulayıb.

Daha sonra Şarmazanov öz sərsəm fikirlərini belə davam etdirib: "Amma düşünürəm ki, Rusiya Cənubi Qafqazda olacaq, Sülhməramlılar "Artsax"da qalacaqlar”, - erməni siyasətçi fikirərini tamamlayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar