18 
avq
2023
10:22
656

“Biləsuvarın başçısı bələdiyyə sədrinin arxasında dayanıb-torpağı zəbt edib” ? RƏSMİ AÇIQLAMA

18 avq, 2023
10:22
656

“Biləsuvarın başçısı bələdiyyə sədrinin arxasında dayanıb-torpağı zəbt edib” ? RƏSMİ AÇIQLAMA -FOTO


Kanal24.az internet kanalında yayımlanmış  “Biləsuvarın başçısı bələdiyyə sədrinin arxasında dayanıb-torpağı zəbt edib” başlıqlı video-materiala rəsmi reaksiya verilib

Biləsuvar Rayon İcra Hakimiyyətindən "Den.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, 17 avqust 2023-cü il tarixdə Kanal24.az internet kanalında yayımlanmış yayımlanmış  “Biləsuvarın başçısı bələdiyyə sədrinin arxasında dayanıb-torpağı zəbt edib” başlıqlı video-materialda  Biləsuvar rayonunun Ağayrı kənd sakinləri Tamilla və Rəfiqə Qəfərova bacılarının, onlara məxsus torpaq sahəsinin bələdiyyə sədri Allahverdi Zeynalov tərəfindən əllindən alınaraq öz qohumuna verməsi ilə bağlı müraciətlərində qeyd etdikləri faktlar reallığı əks etdirmir, video materialda səsləndirilən ittihamlar tamamilə əsassızdır.  

Belə ki, həmin mübahisəli məsələnin həlli ilə bağlı müxtəlif dövlət orqanları tərəfindən Qəfərova bacılarının müraciətləri dəfələrlə araşdırmış və müəyyən edilmişdir ki, Tamilla və Rəfiqə Qəfərova bacıları əvvəllər 10 ha bələdiyyə torpağının 5 hektarından müqavilə əsasında, 5 hektarından isə qanunsuz istifadə etmişlər.

Müqavilə ilə istifadə edilən 5 ha torpağın icarə müddəti 01.01.2016-cı ildə bitmişdir. Həmin torpaqla bağlı 30.07.2022-ci ildə keçirilmiş hərracda Qəfərova bacıları qalib gəlmiş və 5 hektar torpaq sahəsi onlara verilmişdır. Lakin torpaq sahəsinin sərhədləri Əmlak Məsələləri Dövlət Xidməti və Ağayrı bələdiyyə tərəfindən dəqiqləşdirilərkən ərazinin 0,15 hektarının qonşunun əkin altında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur.

T.Qəfərova RİH-də qəbul edilmiş və ona bildirilmişdir ki, biçin qurtardıqdan sonra 0,15 hektar torpaq sahəsi ona qaytarılacaqdır. Əlavə olaraq həmin torpaqdan müvəqqəti istifadə etmədiyinə görə ona Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 500 manat maddi yardım verilmişdir. Lakin Qəfərova bacıları əvvəllər qeyri-qanuni istifadə etdikləri digər 5 ha torpaq sahəsinin də onlara qaytarılmasını israrla tələb edirlər.

Qəfərovalar vaxtilə qanunsuz istifadə etdikləri 5 ha torpaqla bağlı 01.06.2021-ci ildə keçirilən hərracda iştirak edərək qalib gəlmiş, lakin hər hektar üçün 400 manat rüsum ödəməkdən imtina etdiklərinə görə torpaq sahəsi onlara verilməmişdir. Sözügedən torpaq sahəsi 28.10.2021-ci ildə keçirilmiş növbəti hərracda qalib gəlmiş Ağayrı kənd sakini Mətləb Quliyevə verilmişdir.

Məlumat üçün bildiririk ki, Qəfərova bacıları Prezident Administrasiyasının Vətəndaşların Qəbulu Mərkəzində 3 dəfə qəbul edilmiş və onlara torpaq qanunvericiliyinin tələbləri izah edilmişdir. Lakin bacılar onlara verilən izahatlarla razılaşmayaraq, yenidən müxtəlif dövlət orqanlarına şikayət məktubları ünvanlayırlar.
 
Əlavə olaraq bildiririk ki, Qəfərova bacılarının icarəsində olan 5 ha torpaq sahəsinin 0.15 ha mübahisəli hissəsi 18.08.2023-cü il tarixdə ƏMDX-nın Cəlilabad ərazi idarəsinin nümayəndələri tərəfindən vətəndaşların iştirakı ilə yenidən yerində ölçülərək onlara tanıdılacaqdır.

Onu da nəzərinizə çatdırırıq ki, video materialda Tamilla və Rəfiqə Qəfərova bacılarının heç bir əsas olmadan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı və digər vəzifəli şəxslər haqqında səsləndirdikləri şər-böhtan xarakterli fikirləri dəqiq araşdırmadan və qarşı tərəfin mövqeyinin öyrənilmədən yayımlanması jurnalistikanın təməl prinsiplərinə ziddir və onun qərəzli xarakter daşımasından xəbər verir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar