18 avq202311:00 103 YuxarıAnjey Kaspşik Laçın postuna gəlir - Xeyirdirmi?18 avq, 202311:00103 Anjey Kaspşik Laçın postuna gəlir - Xeyirdirmi? Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı prezidenti Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçın postuna göndərir.Den.az xəbər verir ki, bu barədə Buyar Osmani “Tvitter” səhifəsində yazıb.“Mən şəxsi nümayəndəmdən xahiş etmişəm ki, Laçın rayonuna gəlsin və oradakı vəziyyətlə bağlı mənə məlumat versin”.O bildirib ki, belə bir qərara ötən həftə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra gəlib.“Laçın yolu ilə nəqliyyatın hərəkətinin təmin edilməsi ilə bağlı çağırışımı təkrar edirəm. Paralel olaraq digər marşrutlar da açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT bunu dəstəkləməyə hazırdır”, - o yazıb.