20 
avq
2023
20:14
157

Sudan ordusu xüsusi təyinatlıların Xartumdakı mövqelərinə qarşı yeni hücuma keçib

20 avq, 2023
20:14
157

Sudan ordusu xüsusi təyinatlıların Xartumdakı mövqelərinə qarşı yeni hücuma keçib - FOTO

Sudan Silahlı Qüvvələri xüsusi təyinatlıların paytaxt Xartumdakı mövqelərinə qarşı yeni hücuma başladığını elan edib.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.


Silahlı Qüvvələr şəhərin mərkəzində və cənubunda xüsusi təyinatlıların nəzarətində olan obyektlərə kütləvi artilleriya zərbələri endirib.


Ordunun məlumatına görə, qarşı tərəf ciddi itki verib. Buna cavab olaraq çevik reaksiya qüvvələri mövqelərindən ordu obyektlərinə atəş açıb.
Hazırda Xartumun mərkəzində və cənubunda partlayış səsləri eşidilir. Yaxınlıqdakı Omdurman şəhərində toqquşmalar gedir.
“Al Hadath”ın məlumatına görə, çevik reaksiya qüvvələri Xartum əyalətinin əksəriyyətinə nəzarət edir və nəzarətini cənubdan Əl-Qəzirə əyalətinə və şimaldan Nəqr əl-Nil əyalətinin Şendi şəhərinə qədər genişləndirməyə çalışır.“Report”

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar