Xəbərin Kateqoriyası: Xəbərlər

Bakıda 6 nəfəri aldadan qadın kimdir? - Detallar ortaya çıxdı - FOTO

 

Bakıda dələduzluq etdiyinə görə tutulan qadınla bağlı bəzi məqamlar üzə çıxıb.

Den.Az publika.az-a istinadən xəbər verir ki, 6 nəfəri aldadaraq külli miqdarda pulunu ələ keçirən 51 yaşlı F.Abbaspurun ixtisasca pediatr olduğu məlum olub. O, həmin şəxslərdən pulu iş düzəltmək adı altında Bakının mərkəzində görüşərək alıb. Lakin xeyli vaxt keçməsinə baxmayaraq vəsaiti geri qaytarmayıb, həmçinin verdiyi vədləri yerinə yetirməyib.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş başlanılıb.

Polis tərəfindən tutulan qadının bəzi fotolarını təqdim edirik.

----------
12:39

Bakının Nəsimi rayonunda bir neçə nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Fatimə Abbaspur olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.



 
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız