21 
avq
2023
17:43
349

Tanınmış məşqçi həbs edildi - Sumqayıtda daha bir idman biabırçılığı- FOTO

21 avq, 2023
17:43
349

Tanınmış məşqçi həbs edildi - Sumqayıtda daha bir idman biabırçılığı- FOTO

Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı müəllimi tərəfindən öldürülməsinin səs-küyü yatmamış daha bir dəhşətli hadisə baş verib. Bu dəfə Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin rəhbərliyi və müəllimi kriminal əməlləri ilə gündəmə gəliblər.


Den.az bildirir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, məktəbin cüdo bölməsinin müəllimi Əliyev Ceyhun Xasay oğlunun yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı aydın olub.



Məlumatlı mənbənin bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.




Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinini direktoru Fuad Aslanovla əlaqə saxladıq. F.Aslanov yaxın qohumunu xəstəxanaya gətirdiyi üçün danışmaq imkanı olmadığını, xəstəxanadan çıxdıqdan sonra bizimlə əlaqə saxlayacağını qeyd etdi.






Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ülkər Abbasova isə Bakupost.az –a bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır:


“Ceyhun Əliyevin saxlanılması ilə bağlı məlumatımız var. Araşdırma aparılır. Amma rəsmi olaraq, hamı kimi cavab gözləyirik. Həbs olunma səbəbi ilə bağlı hansısa məlumatım yoxdur”.



Hadisənin detalları barədə əlavə məlumat verəcəyik...

Qeyd edək ki, 7 yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin baş verdiyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin də Fuad Aslanovun nəzarətində olduğu bildirilir.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar