21 
avq
2023
21:30
186

Sabirabadda yol polisindən qaçan maşın kanala aşıb? - RƏSMİ

21 avq, 2023
21:30
186

Sabirabadda yol polisindən qaçan maşın kanala aşıb? - RƏSMİ

Sabirabdda avtomobilin yol polisindən qaçarkən kanala aşması barədə xəbərlər yayılıb.

Den.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirilib. Qeyd olunub ki, hadisə avqustun 19-da saat 12 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 22-ci kilometrliyində baş verib.

Sabirabad rayon sakini S.Zeynalov idarə etdiyi "Ford" markalı nəqliyyat vasitəsilə  hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında olan su kanalına aşıb. Hadisə nəticəsində sürücünün atası T.Zeynalov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar