iyn
2023
13:10
199

"Hökumət Rusiya ilə müharibəyə icazə verməyəcək" - Orban əsəbləşdi

2 iyn, 2023
13:10
199

"Hökumət Rusiya ilə müharibəyə icazə verməyəcək" - Orban əsəbləşdi

"İndiki Macarıstan hökuməti Rusiya ilə müharibəyə icazə verməyəcək".

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban jurnalistlərə müsahibəsində deyib.

O, bunu müxalifət nümayəndəsi, Budapeşt meri Qergey Karaçonun Macarıstanın guya Rusiya ilə müharibə vəziyyətində olması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirərkən vurğulayıb: “Əgər kimsə kreslosundan qalxmadan belə şeylər deyirsə, deməli, o, sadəcə ağlını itirib”, – Orban bildirib.

Baş nazir onu da əlavə edib ki, İkinci Dünya Müharibəsini düşünən heç bir ağlı başında olan insan belə bəyanatlara yol verməz: “Mövcud hökumət iqtidarda olduğu müddətdə Macarıstan Rusiya ilə müharibə etməyəcək”, - Orban deyib.

Macarıstanın baş naziri bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiyalar paketini tətbiq etmək niyyəti sağlam düşüncəyə ziddir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar