22 
avq
2023
00:28
565

Sumqayıtda 44 günlük Vətən müharibəsi şəhidi Rahib Babayevin evini soydular

22 avq, 2023
00:28
565

Sumqayıtda 44 günlük Vətən müharibəsi şəhidi Rahib Babayevin evini soydular

Sumqayıtda mənzillərin birində oğurluq olub.

“Den.az” xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs  və ya şəxslər xüsusi alət və avadanlıqlardan istifadə etməklə, mənzilə daxil olublar.

 

Şəhidin yoldaşı video çəkərək paylaşım edib. O videoda belə deyib:

Rahib vətənimizi qoruyurdu.Bəs bizi kim qoruyur?

Bu qədər də olmaz axı.Nə istəyirlər bizdən.Düşünmək belə istəmirəm ki” uşaqlarımla tək olanda evə kimsə girsəydi.Mənim elə ordaca ürəyim dayanardı.Bu bizə ikinci dəfə olunan hörmətsizlikdi.Kimdi bu belə rahat rahat evimizə girən heyvan.Əsəbdən ağlamaqdan nə günə düşdüm.Rahib cismən bu evdə olmasa da ruhu bizimlədi.O bizi qoruyur ki biz evdə olmayanda oldu bu hadisə.Evə çatana qədər deyirdim nə aparırlar aparsınlar bircə Rahibin əşyaları medalları ordeni ona dəyməsinlər.Çox yorulmuşam daha dözə bilmirəm.


Bura Sumqayıt şəhəridir.Dünən axşam raşotkanı kəsib evimizə giriblər.Hər yeri qarışdırıblar.Bilmirəm nə məqsədlə edilib.Bezdik daha evimizin içinə kimi əlləri girir.O qədər əsəb stres keçirmişəm ki.Bu zirzəmi kimi evdə onsuzda bir rahatlığımız yox idi indi daha da qorxacam burda qalmağa.Polisə vermişəm ümid edirəm ki tez bir zamanda tapılar. 

Faktla bağlı araşdırma aparılır


Qeyd edək ki, “Canavar postu”nun fatehi Rahib Babayev 44 günlük Vərən müharibəsi şəhididir. Ölümündən sonra “Azərbaycan bayrağı" ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar