iyn
2023
13:16
204

Stoltenberq: “NATO-nun Ukraynaya dəstək üçün pulu tükənib”

2 iyn, 2023
13:16
204

Stoltenberq: “NATO-nun Ukraynaya dəstək üçün pulu tükənib”

“NATO-nun Ukraynaya dəstək üçün vəsaiti tükənib”.

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib: “Müttəfiqlərin Ukraynanı dəstəkləmək üçün təchizatı tükəndi. Alyans ölkələrini sursat istehsalını artırmağa çağırıram".

Baş katib qeyd edib ki, NATO üzvləri hasilatı artırmaq üçün müdafiə şirkətləri ilə müqavilə imzalamalıdırlar. Stoltenberq bildirib ki, ölkələr müdafiəyə ÜDM-in ən azı 2%-ni xərcləməlidir: “Biz müttəfiqlərin mümkün qədər tez 2%-ə çatmasını gözləyirik, çünki Ukraynadakı münaqişə bunun aktuallığını nümayiş etdirdi”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, daha öncə Stoltenberq bildirib ki, iyulda NATO-nun Ukraynaya çoxillik hərbi yardım proqramı olacaq. Bura ölkənin tam yenidən silahlanması daxildir. Amma Ukrayna yalnız münaqişə bitdikdən sonra alyansa qoşula biləcək.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar