22 
avq
2023
20:17
210

Qubanın bu massivində qaz xəttinin çəkilişi niyə yarımçıq qalıb? -VİDEO

22 avq, 2023
20:17
210

Qubanın bu massivində qaz xəttinin çəkilişi niyə yarımçıq qalıb? -VİDEO

Qubanın Dəvədabanı yaşayış massivində məhəllələr arası qaz xəttlərinin çəkilişində işlər yarımçıq saxlanılıb. 

"Den.az" əməkdaşları mövcud məsələni araşdırmaq üçün sözü gedən ünvanda olublar


Sakinlər bildiriblər ki, Qubanın Dəvədabanı massivinin kommunal təsərrüfat problemləri adından bir boy da yuxarı, lap dəvə beli həddindədir.  Bu problemlərə qaz hesabına qaz vurub qazan dolduranları da əlavə etsək vəziyyət daha da qəlizləşir. Bu yaşayış massivini qazlaşdıranların səhlənkarlığının nəticəsidir ki, küçə var bir  evdə mavi yanacaq var qonşusunun isə ocağı soyuq. Yəni sobası   qaza tamarzı . Mövcud vəziyyət isə bu işi görənlərin qazı ananlardan, yəni arzulayanlardan qazanmaq həvəsli olmalarının  bariz göstəricisi olmaqla yanaşı sakinlərin də haqlı narazılığına səbəb olub.


Bu isə küçənin aşağı hissəsidir gördüyünüz kimi burada da qaz xətti yarımçıq qalıb. Layihə hələ tam başa çatmayıb.


Çalışdıq ki, bu başdansovdu işin başbilənlərini də dinləyək. Azərqaz-ın baş sözçüsü Eldəniz Vəliyev məzuniyyətdə olmasını bəhanə gətirib səssizlik hüququndan bəhrələndi.Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidməti sahəsinin rəisi isə daş atıb başını tutdu ki, bu işdə mənlik bir şey olmadığı kimi sözüm də yoxdur.Bir də ki, xidmət rəisi görünən dağa  bələdçilik edib yeni nə deyəcəkdiki? Görünən iş bəlli, məram bəlli.Qaz almaq qazan doldurmaqdan keçmirsə niyə o qaz bir evdə var qonşu evdə yox.Mövzuya yenidən qayıdacağıq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar