Xəbərin Kateqoriyası: Xəbərlər

Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı – ŞOK VİDEO

Günlərdir itkin düşən Rəhimzadə Samir Şahin oğlu tapılıb.

Doğmaları onun itkin düşməsilə bağlı əvvəlcə polisə, sonra “Səni axtarıram” proqramına müraciət edib.

“Səni axtarıram” proqramı Samirin izi ilə Sumqayıt şəhərinə gedib çıxıb. Samir tapılarkən olduqca pis vəziyyətdə olub. Gündüzləri küçələrdə gəzən, gecələri parklarda gecələyən Samir baxımsızlıq üzündən üfunət iyi verib və üzünü saqqal basıb.

Atasının sözlərinə görə, Samir son 1 ili evdən bayıra çıxmırdı. Evin içində get-gəl edibmiş. Təhsilini də yarımçıq buraxıb. Atası niyə belə etdiyini soruşanda, dostları ilə arasında yaranan problem üzündən depressiyaya düşdüyünü deyib.

Kameranı görən Samir qaçmağa başlayıb. Atası və anası onu dilə tutaraq maşına minməyə razı salıblar.


скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız