22 
avq
2023
23:35
205

Qərbi Azərbaycan İcması Qayıdışda israrlıdır-VİDEO

22 avq, 2023
23:35
205

Qərbi Azərbaycan İcması Qayıdışda israrlıdır-VİDEO

Qərbi Azərbaycan İcması Ermənistandan qovulan azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaları üçün Ermənistanın Baş naziri Nikol Paşinyana rəsmi məktub göndərib.

"Den.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, lakin Ermənistan tərəfi İcmanın dialoq çağırışını dəyərləndirmək əvəzinə, azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən, həmçinin Qərbi Azərbaycan mövzusunu təhrif edən bəyanatlar veriblər. Bundan sonra icma BMT-nin baş katibinə də məktub göndərib.
“Bu, Qərbi Azərbaycan İcması tərəfindən BMT-də rəsmi olaraq yayılan 5-ci sənəddir. Lakin bütün rəsmi çağırışlara baxmayaraq Ermənistan tərəfi öz tərs mövqeyini nümayiş etdirməyə davam edir.”
Sənədlərin BMT-nin rəsmi məktubu kimi yayılmasında ən vacib məqam isə ondan ibarətdir ki, bütün dünya ictimaiyyəti dialoqu təşviq edən tərəfin məhz Qərbi Azərbaycan İcması olmasına şahid olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar