23 
avq
2023
11:39
201

Ali məktəblərə ixtisas seçimi: Ən çox ərizə verən bu qrupdadır - SİYAHI

23 avq, 2023
11:39
201

Ali məktəblərə ixtisas seçimi: Ən çox ərizə verən bu qrupdadır - SİYAHI

Ali təhsil müəssisələrinə qəbul imtahanları vermiş abituriyentlərin ixtisas seçimi davam edir. 

16 avqust tarixindən başlayan ixtisas seçimi bu ayın 28-də saat 23.59-da yekunlaşacaq.


İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Den.az-a verilən məlumata görə, geridə qalan bir həftə ərzində bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin ümimi sayı 46570 təşkil edib.

Hələ ki, ixtisas seçənlər arasında say çoxluğu III qrupa aiddir – 13883 nəfər.

Sonrakı yerdə I qrup gəlir – 13148 nəfər.
II qrupda 11056 abituriyent, IV qrupda isə 3458 abituriyent elektron ərizəsini təsdiqləyib.
V qrupda ərizəsini təsdiqləyən abituriyentlərin sayı 6877nəfərdir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar