iyn
2023
15:29
211

“İrəvan və Bakı arasında açıq dialoq tərəqqi üçün vacibdir” - Dövlət Departamenti

2 iyn, 2023
15:29
211

“İrəvan və Bakı arasında açıq dialoq tərəqqi üçün vacibdir” - Dövlət Departamenti

“İrəvan və Bakı arasında açıq dialoq tərəqqi üçün vacibdir”.

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

"ABŞ Dövlət Departamenti İrəvanla Bakı arasında irəliləyişə nail olmaq üçün açıq dialoqu yüksək qiymətləndirir. Bizi liderlərin Kişinyovda bugünkü görüşü də daxil olmaqla, sülh istiqamətində aparılan bütün danışıqlar ruhlandırır. Açıq dialoq tərəqqi üçün vacibdir. Biz dialoqu təşviq etməyə və davamlı və ləyaqətli sülhə nail olmaq üçün çalışan tərəfləri dəstəkləməyə hazırıq”, - Dövlət Departamentinin sözçüsü bildirib.

Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan Moldovanın yerli erməni icması ilə görüşü zamanı iyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün gözlənildiyini açıqlayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar