24 
avq
2023
18:54
264

QUBADA XÜSUSİ ƏMƏLİYYAT:Qanunsuz kömür istehsal edənlər aşkarlanıb

24 avq, 2023
18:54
264

QUBADA XÜSUSİ ƏMƏLİYYAT:Qanunsuz kömür istehsal edənlər aşkarlanıb -FOTO

Qubada xüsusi əməliyyat keçirilib.
"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Tülər kəndində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Bu barədə "Den.az"- a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayon sakinləri Müslüm Mürsəliyev və Mübariz Nurullayev olduğu müəyyən edilib.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar