25 
avq
2023
14:05
131

Danilo şefdən Bakı paylaşımı - FOTO

25 avq, 2023
14:05
131

Danilo şefdən Bakı paylaşımı - FOTO

Azərbaycana gələn “MasterChef Türkiye” verilişinin münsiflər heyətindən biri, italiyalı şef Danilo Zanna Bakıdan paylaşım edib.

Den.az xəbər verir ki, şef Dağüstü parkda Alov binlarının qarşısında çəkdirdiyi fotonu 2.1 milyonluq instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
O, paylaşımın şərh bölümündə “Azərbaycan candır” sözlərini yazıb.

Qeyd edək ki, Türkiyənin “TV8” telekanalında yayımlanan və geniş izləyici auditoriyası olan “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışı Azərbaycana həsr edilib.

Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.

Sözügedən buraxılış avqustun 24-də Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanıb.olkə.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar