iyn
2023
23:15
170

Ucarda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

2 iyn, 2023
23:15
170

Ucarda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Den.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

VAZ-21010 və “Saipa” markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Ülvi Şüküroviç Lətifov, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar