iyn
2023
23:47
170

Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI

2 iyn, 2023
23:47
170

Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI

Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.

Federasiyadan Den.az-a verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumıniya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın “G FLOU” klubu və “Neftçi” komandası olacaq.
Qeyd edək ki, 12-13 iyunda Şuşadakı “Tut Bağında” keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar