iyn
2023
12:11
162

“Zelenski ilə dörd dəqiqə dayandığım üçün niyə sanksiyalar tətbiq etməliyəm?" - Vuçiç DANIŞDI

3 iyn, 2023
12:11
162

“Zelenski ilə dörd dəqiqə dayandığım üçün niyə sanksiyalar tətbiq etməliyəm?" - Vuçiç DANIŞDI

"Zelenski ilə dialoq çərçivəsində Rusiyaya qarşı sanksiyalardan bəhs etməmişəm".

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç deyib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin Kişinyovda keçirilən sammitdəki qısa söhbəti zamanı Rusiya əleyhinə sanksiyalardan bəhs etmədiyini dilə gətirib:

“Zelenski ilə dörd dəqiqə dayandığım üçün niyə sanksiyalar tətbiq etməliyəm? Biz başqa şeylərdən, dürüstlük və BMT haqqında danışdıq", - deyə Vuçiç vurğulayıb.

Vuçiç qeyd edib ki, anti-Rusiya məhdudiyyətləri, Rusiya prezidenti Vladimir Putin və Serbiya sammitin digər iştirakçıları üçün yeganə söhbət mövzusu olub.

Serbiya lideri bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbət Belqradın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyini dəyişməyib.

Onun sözlərinə görə, Belqrad heç kimə ölkənin xarici siyasətlə bağlı qərarlar qəbul etməsinə imkan verməyəcək.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar