iyn
2023
12:38
183

"Ermənistanın zərərsizləşdirilməsi ölümcül təhlükə yaradacaq" - Babayan

3 iyn, 2023
12:38
183

"Ermənistanın zərərsizləşdirilməsi ölümcül təhlükə yaradacaq" - Babayan

“Ermənistanın "Artsax"dan imtina etməsi erməni xalqının tarixində ən fundamental dəyişikliklərə səbəb olacaq. Ermənistanın zərərsizləşdirilməsi ölümcül təhlükə yaradacaq. Bundan əlavə, “erməni” və “ermənilər” anlayışlarının özü də yenidən formatlaşdırılacaq".

Den.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri separatçıların nümayəndəsi David Babayan səsləndirib:

"Onsuz da siyasi ziddiyyətlərə görə bölünmüş erməni xalqı sadəcə olaraq parçalana bilər. Erməni xalqının və onun dövlətçiliyinin DNT-sinin əsas qoruyucularından biri, Ermənistan əhalisinin əhəmiyyətli faizi bundan utanacaq. Keçmişimizlə anlaşılmaz indimiz arasında uçurum olacaq, nəticəsi ümidsiz gələcəkdir. Həqiqətən, biz tariximizin ən mühüm kəsişmə mərhələsindəyik", - deyə Babayan fikirlərini tamamlayıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar