iyn
2023
12:59
141

Zelenski SÖZ VERDİ: "Bu ölkələrlə açıq şəkildə mübarizə aparacağam"

3 iyn, 2023
12:59
141

Zelenski SÖZ VERDİ: "Bu ölkələrlə açıq şəkildə mübarizə aparacağam"

Zelenski Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkələrlə açıq şəkildə mübarizə aparacağına söz verib.

Den.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti bu ölkələrə qarşı “ictimai mübarizə” aparmaq niyyətində olduğunu açıqlayıb.

Zelenski bunu Estoniya prezidenti Alar Karislə birgə mətbuat konfransında çıxışı zamanı deyib: “Düşünürəm ki, bu sanksiyalardan yan keçməyə imkan yaradanlarla açıq şəkildə mübarizə aparmağa başlayacağam”.

Qeyd edək ki, aprelin 14-də Avropa Komissiyasının maliyyə sabitliyi üzrə komissarı Mairead McGuinness Aİ-nin 11-ci anti-Rusiya sanksiyalar paketini təqdim etməyə hazırlaşdığını açıqlayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, yeni anti-Rusiya sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə yönələcək.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar