iyn
2023
13:14
148

“Ərdoğanın qələbəsi üçün dua edirdim” - Viktor Orban

3 iyn, 2023
13:14
148

“Ərdoğanın qələbəsi üçün dua edirdim” - Viktor Orban

“Ərdoğanın qələbəsi üçün dua edirdim”.

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban deyib: “Türkiyədə keçirilən prezident seçkilərində müxalifətin qələbəsi mümkün qaçqın axınına görə Avropa üçün böyük fəlakət olardı. Mən Ərdoğanın qələbəsi üçün dua etdim və bu qələbə böyük bir rahatlama oldu. Etiraf edirəm ki, o, qalib gəlməsəydi, bu, fəlakət yaradardı”, - Baş nazir vurğulayıb.

Orban bildirib ki, 4 milyon qaçqının Türkiyəni tərk etməsinə icazə verməyən Ərdoğandır, müxalifət qalib gəlsə, o zaman bir, iki və ya üç milyon qaçqın dərhal Avropaya gedəcəkdi. O, həmçinin əlavə edib ki, Kamal Kılıçdaroğlunun namizədliyini amerikalı iş adamı Corc Soros dəstəkləyir.

Orbanın fikrincə, Türkiyə müxalifəti qalib gəlsə, Rusiya qazının Macarıstana nəqlində problem yaranacaqdı.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar