iyn
2023
13:46
160

"Ukraynada sülh yalnız bu halda mümkün olacaq” - Konstantinov şərti açıqladı

3 iyn, 2023
13:46
160

"Ukraynada sülh yalnız bu halda mümkün olacaq” - Konstantinov şərti açıqladı

“Qərb Rusiya ilə dialoqun zəruriliyini dərk edərsə, Ukraynada sülh mümkün olacaq”.

Den.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Krım parlamentinin rəhbəri Vladimir Konstantinov səsləndirib. O bildirib ki, Ukraynada sülhün bərqərar olması yalnız Qərbin Rusiya ilə danışıqların zəruri olduğunu başa düşməsi ilə mümkündür: "İndiyə qədər onlar belə bir nəticəyə gəlməyiblər", - Konstantinov bildirib.

Krım parlamentinin rəhbəri həmçinin Ukrayna lideri Volodimir Zelenskini siyasi günləri “nömrələnmiş” “müvəqqəti fiqur” adlandırıb. Konstantinovun sözlərinə görə, gələcək dünya üçün şərait “artıq Zelenskisiz” formalaşacaq.

Qeyd edək ki, daha öncə Aleksey Danilov bildirib ki, Kiyev Moskva ilə danışıqlar üçün qapıları möhkəm bağlayıb.

Həmçinin Rusiya liderinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Zelenskinin NATO-da Ukrayna ilə bağlı dediyi sözlər danışıqlar masasına oturmaq istəməməsindən irəli gəlir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar