Xəbərin Kateqoriyası: Xəbərlər

Gürcüstan vətəndaşı Bakıda qəza törədib: Ölən var – FOTO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, qəza Suraxanı rayonu ərazisində, Zığ şosesində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Balısnıy Aleksandrın idarə etdiyi “Mercedes” markalı avtomobil şosedə əks istiqamətdə hərəkət edərək qarşıdan gələn, Məmməd Söhrab Şöhrət oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobilinin yoluna çıxıb. Nəticədə “Mercedes” “Ford”la toqquşub.

Hadisə zamanı “Ford” avtomobilinin sürücüsünün ayağı sınıb. “Mercedes” markalı avtomobilin sürücüsü isə deformasiyaya uğramış nəqliyyat vasitəsində ağır xəsarət alaraq ölüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları “Mercedes”in sürücüsünün meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.






 скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız