iyn
2023
20:01
258

Sumqayıtda şəhid Rauf İbadovun bizə yadigar qalan rəsm əsərlərindən ibarət sərgi təşkil edilib

3 iyn, 2023
20:01
258

Sumqayıtda şəhid Rauf İbadovun bizə yadigar qalan rəsm əsərlərindən ibarət sərgi təşkil edilib FOTO

“Nəfəs” İctimai Birliyinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində baş tutan sərgidə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri, şəhidin təhsil aldığı Azərbaycan Memarlıq İnşaat Universitetinin “İnşaat texnologiyaları” fakültəsinin dekanı və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad olunub, onu tanıyanlar və doğmaları öz duyğularını bölüşüblər.

Tədbirin bədii hissəsində şəhid Rauf İbadovun adını daşıyan Esmanur Tədris və inkişaf mərkəzinin balaca fidanları vətənpərvərlik ruhunda səhnəciklər nümayiş etdirib mahnılar ifa ediblər.

Daha sonra qonaqlar şəhidin sərgidə nümayiş olunan 44 rəsm əsəri ilə tanış olublar. Vətən torpaqlarının müstəqilliyi uğrunda şəhid olanlar tarixin qızıl səhifələrində və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.














Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar