23 
may
2023
20:07
176

KÜRDƏMİRİN ÇƏRTƏYƏZ KƏNDİNİN BƏRBAD YOLLARI NƏ VAXT DÜZƏLƏCƏK ?-FOTO

23 may, 2023
20:07
176

KÜRDƏMİRİN ÇƏRTƏYƏZ KƏNDİNİN BƏRBAD YOLLARI NƏ VAXT DÜZƏLƏCƏK ?-FOTO














[/center]

Kürdəmirin Çərtəyəz kəndində olan yol problemi kənd camaatını təngə gətirib.Kənddə bir neçə idarə və təşkilat yerləşməsinə və hərəkətin həddindən artıq olmasına baxmayaraq bir dəfə də olsun kəndin yoluna asfalt örtüyü salınmayıb.Kənd camaatı uzun illərdir ki, bu çətinliklərlə yaşamaq məcburiyyətində qalıblar.
Bu sözləri DEN.AZ-a kənd camaatı bildirib.Kürdəmirin Çərtəyəz kəndi rayon ərazisindən 25 km aralıda yerləşir.Bu yolun 21 km-lik hissəsi Ağsu-Kürdəmir-İmişli yolu 4 km-lik hissəsi isə kənd yoludur. Kənddə 1500 nəfər sakin 200-ə yaxın ev var.Amma kəndin acınacaqlı olan yol problemi kənd camaatının gündəlik həyatının kabusuna çevrilib.Belə ki,Çərtəyəz kəndinə gedən yola nə sovetlər dönəmində nədə müstəqillik dövründə asfalt örtüyü salınmayıb.Kənddə istər piyadalar,istər sürücülər,istərsə də məktəblilər bu yolun yarasız və keçilməz olmağından çox əziyyətlər çəkirlər.Onların sözlərinə görə qışda palçıqdan,yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil.Yolda çalaların dərinliyidə bir başqa dərd.Sürücülər bu yolda hərəkət edən zaman yoldakı çalalar onlara avtomobillərini idarə etməkdə çətin anlar yaşadır.Onlar hər dəfə rayon mərkəzinə gedib gəldikdən sonra avtomobillərində texniki nasazlıqlar yaranır və hər dəfə əlavə xərcə düşməli olurlar.Yollarda yaranan bu dözülməz vəziyyət kənd camaatını təngə gətirib.Sakinlər yolun bu vəziyyətdə olması ilə əlaqədar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələrdə bu günə kimi onların səsinə haray verən olmayıb.Sakinlərin dərdini dinlədikdən sonra rayonun Çərtəyəz kənd yolunun acınacaqlı və keçilməz vəziyyətdə olması ilə bağlı Kürdəmir rayon icra hakimiyyətinə müraciət edik.İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən DEN.AZ-a bildirildi ki,adı çəkilən yol dövlət proqramına salınıb və 2023-2024-cü illərdə rayonun bir neçə kəndinə asfalt örtüyünün salınması nəzərdə tutulurki adı çəkilən Çərtəyəz kənd yolunada asfalt örtüyünün salınması nəzərdə tutulur.Beləcə icra hakimiyyətinin rəsmisinin sözünə inansaq kənd camaatı bir müddətdə gözləməli olacaqlar ki,kəndə yeni asfalt örtüyü salınsın.Mövzunu diqqətdə saxlayacağıq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar