Xəbərin Kateqoriyası: Xəbərlər

Sağlam ürəyə sahib olmanın asan sirri

 

Nikbin əhval ruhiyyədə olan insanların ürək-damar xəstəliklərinə tutulma riski dəfələrlə az olur.

Oxu.Az xəbər verir ki, amerikalı alimlərin apardığı araşdırmanın nəticələri “BMJ Open” jurnalında dərc olunub.  

Elmi işdə ABŞ-ın 4900 latın amerikalı sakini haqqında məlumatlardan istifadə olunub. Alimlərin fikrinə görə, bu qrupdan olan insanlar ürək-damar xəstəliklərinə daha həssasdır.

Belə ki, onların bir çoxu ingilis dilini bilmir, ispan dilli həkim tapmaq isə elə də asan deyil.

Araşdırmada iştirak edənlərin hər biri bədən çəkisi, hərəkətlilik indeksi, plazmada olan qlükoza miqdarı və qan təzyiqi göstəricilərinə görə müxtəlif qruplara bölünüb.

Könüllülərdə optimizm səviyyəsi xüsusi testin köməkliyi ilə ölçülüb.

Məlum olub ki, optimist insanlar ürək ağrılarından daha az şikayət edir. Mütəmadi olaraq nikbin əhval ruhiyyədə olan insanlar daha sağlam ürəyə sahib olur.  

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız