Xəbərin Kateqoriyası: Xəbərlər

Bakıda əhaliyə satılan məhsulun dəyəri bəlli oldu

 

2018-ci ilin yanvar-fevral aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3782,3 milyon manat olmaqla 2017-ci ilin müvafiq dövrünə  nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artıb.

Oxu.Az xəbər verir ki, satılan məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,3 faizini qeyri-dövlət sektoru təşkil edib.

Bu bölmə  üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 2,6 faiz üstələyərək 3605,9 milyon manat olub.

Cari ilin ilk iki ayında hüquqi  şəxs  statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 8,7 faiz artaraq 1166,3 milyon  manat təşkil edib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız