iyn
2023
10:57
150

Kür çayının ətrafında təmizlik aksiyası keçirildi

5 iyn, 2023
10:57
150

Kür çayının ətrafında təmizlik aksiyası keçirildi FOTO



Yevlaxda 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş təmizlik aksiyası keçirilib.

"Den.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə təşəbbüsü olaraq baş tutan təmizlik aksiyası mövsüm ərzində sakinlərin ən çox ziyarət etdiyi Kür çayının Yevlax şəhərindən keçən hissəsində gerçəkləşdirilib. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən təmizlik aksiyasında həmçinin Yevlax Suvarma Sistemləri İdarəsinin əməkdaşları, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak edib. Əvvəlcə pərakəndə şəkildə vətəndaşlar tərəfindən müxtəlif tullantılarla çirkləndirilən əraziyə baxış keçirilib, daha sonra Kür çayı sahili boyu ərazinin təmizlənməsinə start verilib. Tullantılar xüsusi torbalara yığılaraq məişət tullantıları poliqonuna daşınıb. Təmizlik aksiyasının məram və məqsədləri barədə danışan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov tədbirin təbii sərvətlərimizin, təbiətimizin və ümumən bizləri əhatə edən sağlam ekoloji mühitin qorunması naminə vətəndaş məsuliyyətinin gücləndirilməsi üçün hər kəsə bir ismarıc, ciddi çağırış olduğunu bildirib. Tofiq Əsgərov gözəlliklər içində sağlam həyat tərzi sürməyin əsas yolunun yaşadığımız mühitin qorunmasından və ekoloji cəhətdən təmiz saxlanılmasından keçdiyini vurğulayıb.





Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar