iyn
2023
16:32
163

"Delimitasiya ilə bağlı yekun razılaşma yoxdur" - Ararat Mirzoyan

5 iyn, 2023
16:32
163

"Delimitasiya ilə bağlı yekun razılaşma yoxdur" - Ararat Mirzoyan

"Konkret xəritə əsasında delimitasiya ilə bağlı yekun razılaşma yoxdur".

Den.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, sözügedən prosesi Almatı bəyannaməsinə uyğun həyata keçirmək öhdəliyi var:

“Ötən il oktyabrın 6-da Praqada bununla bağlı razılıq əldə olunub. Amma hansı xəritə ilə aparılacağı haqda razılaşma yoxdur", - Mirzoyan vurğulayıb.

Delimitasiya üçün əsas hüquqi baxımdan ən toxunulmaz xəritənin olmasıdır. Əgər bu, 1975-ci ilin xəritəsidirsə, o zaman dəqiqlik var. Əks halda tərəflərin özləri üçün sərfəli sayılan müxtəlif xəritələr haqqında fikirləri var.

Anklavlar məsələsinə toxunan XİN rəhbəri bildirib ki, bu məsələ ilə delimitasiya komissiyası məşğul olmalıdır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar