iyn
2023
17:52
203

"Beton zavod ərazisində yaşayanlar evlərindən çıxarılmayacaq" - RƏSMİ

5 iyn, 2023
17:52
203

"Beton zavod ərazisində yaşayanlar evlərindən çıxarılmayacaq" - RƏSMİ

Sumqayıt şəhər İnşaatçılar qəsəbəsinin Beton zavod ərazisində yaşayan sakinlərə Azərenerji ASC-nin Sumqayıt şəhər YGEŞ MMC-nin əməkdaşları tərəfindən evlərini qısa vaxt ərzində tərk etmələrinə dair bildirişlər göndərilib. Buna səbəb kimi mənzillərinin yüksək gərginlikli elektrik xəttlərinin altında tikilmələri göstərilib. Bundan narahat olan sakinlər isə redaksiyamıza müraciət edərək problemin işıqlandırılmasını xahiş ediblər.

Den.az sözügedən məsələ ilə bağlı Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədovla əlaqə saxlayıb.

Problemlə əlaqədar saytımıza açıqlama verən şəbəkə rəisi Beton zavod ərazisində yaşayan sakinlərin heç birinin evindən çıxarılmayacağını açıqlayıb və belə bir planın olmadığını diqqətə çatdırıb: "Hazırda həmin ərazidə köhnə xətlərin yenisi ilə əvəzlənməsi prosesi gedir. Bu işi ona görə həyata keçiririk ki, köhnə xətlər qırılıb sakinlərin həyatı üçün təhlükə yaratmasın. Digər tərəfdən, həmin ərazidə əvvəldən yaşayan sakinlərin heç biri mənzilindən çıxarılmır. Amma yüksək gərginlikli elektrik xəttlərinin altında bundan sonra ev tikilməsinə icazə verilməyəcək. Bu, Nazirlər kabinetinin 10 İyun 2005-ci il tarixli qərarına əsasən həyata keçirilir", - deyə Xəndan Əhmədov bildirib.



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar