Xəbərin Kateqoriyası: Xəbərlər

Kemerovada baş verən yanğının bəzi təfərrüatları məlum olub

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın zamanı mühafizə xidməti lazımi tədbirlər görməyib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya FHN-nin dövlət yanğın nəzarəti üzrə baş inspektoru Rinat Yenikeyev “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

“Mən belə başa düşürəm ki, 19 martdan (yanğın 25 martda baş verib –red.) yanğın siqnalizasiyasında nasazlıq yaranıb və avtomatik rejimdən çıxarılıb. Yanğın baş verən zaman mühafizə xidmətinə məxsus xüsusi cihazda həyəcan siqnalı yanır. Bu zaman mühafizə xidmətinin əməkdaşları yanğın siqnalizasiyasının avtomatik rejimdə olmadığını nəzərə alıb tədbirlər görməli və FHN-nə məlumat verməli idilər. Ancaq onlar bunu etmədilər”.

Həmçinin inspektor onu da qeyd edib ki, yanğın zamanı havalandırma sistemi işləyib və bu da yanğının daha tez yayılmasına səbəb olub.

Qeyd edək ki, 25 martda Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Nəticədə 64 nəfər ölüb. Ölənlərin 41-I uşaqdır.

 скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız