iyn
2023
00:36
236

Bakıda ağır yol qəzasında iki qardaş öldü

6 iyn, 2023
00:36
236

Bakıda ağır yol qəzasında iki qardaş öldü FOTO





İçkili halda sükan arxasına əyləşən sürücü həyatını qəza ilə sonlandırıb.
Den.az Avtosfer.az -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan ağır yol-nəqliyyat hadisəsi bugün səhər saatlarında, Səbail rayonunun Bibiheybət yolunda baş verib. Həvəskar sürücünün lentə aldığı kadrlardan da aydın göründüyü kimi “Rent a Car” şirkətinə məxsus olan 99-LX-111 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil yüksək sürət həddi ilə idarəetməni itirərək ana yoldan çıxıb və kənardakı reklam mahiyyətli lövhəyə çırpılıb. Nəticədə iki hissəyə bölünərək tamamilə yararsız hala düşən avtomobilin idarəçisi - 23 yaşlı gənc hadisə yerindəcə keçinib, yan sükanda əyləşən qardaşı xəstəxanaya çatdırılsa da həyatla vidalaşıb. Qəza şahidlərinin məlumatına əsasən, olayın baş verməsinə səbəb sürücünün içkili halda avtomobilini idarə etməsi olub.
Qeyd edək ki, hadisə yerinə cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıb.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar