iyn
2023
02:16
153

İri buz parçaları Goranboyun dağ kəndlərini ağ örpəyə bürüdü

6 iyn, 2023
02:16
153

İri buz parçaları Goranboyun dağ kəndlərini ağ örpəyə bürüdü FOTO


Goranboyun ucqar dağ kəndlərinə dolu yağıb.
Den.az xəbər verir ki, İri buz parçaları əsasən rayonun Börü, Buzluq, Erkəc kəndlərinə yağıb. Bir neçə dəqiqə davam edən təbiət hadisəsi zamanı əsasən kartof, bostan bitkiləri, üzərində meyvə olan ağaclar zərər görüb. İri buz parçalarının ardından yağan güclü yağış, rayonun Börü qəsəbəsində küçələrdən sel şəkilində keçib. Hündür ərazilərdən axıb gələn sel suları sakinlərin yazlıq əkinlərinə ziyan vurub. Dolu yağan ərazilərdə isə buz parçları ətrafı ağ örpəyə bürüyüb.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar