Xəbərin Kateqoriyası: Xəbərlər

Ölkədən çıxan pul baratları 1,4 dəfə azalıb – ŞƏRH

 

Mərkəzi Bank 2017-ci ilin tədiyyə balansının məlumatlarını açıqlayıb.

Məlum olub ki, təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,5 mlrd. dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1,1 mlrd. dollar, ödənişlər isə 404,3 mln. dollar təşkil edib.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 1,8 dəfə artaraq 1 020,2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1,4 dəfə azalaraq 342,9 mln. dollar olub (Valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalıb). Nəticədə pul baratları üzrə 677,3 mln. dollar müsbət saldo yaranıb.

Hesabatı Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, devalvasiyadan sonra, nəhayət, ilk dəfə həm cari əməliyyatlarda, həm də bütövlükdə tədiyyə balansının ümumi saldosunda müsbət göstərici əldə edilib:

“Elə bu səbəbdən də 2015-2016-cı illərdən fərqli olaraq, ötən il manatın məzənnə sabitliyini qorumaq (hətta 4%-ə qədər bahalaşdı) Mərkəzi Bank üçün çətin olmadı.

Cari əməliyyatlar üzrə 1.685 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 1.971 mlrd. dollar müsbət saldo yaranıb.

Halbuki 2016-cı ildə cari əməliyyatlar üzrə 1.363 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 539 mln. dollar mənfi saldo qeydə alınmışdı”. 

İqtisadçının sözlərinə görə, 2017-ci ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşmasının iki səbəbi olub:

“Əsas səbəblərdən biri budur ki, neftin orta illik qiymətinin təxminən 30%-dən çox yüksək olması neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabında 7.4 mlrd. dollar profisit yaradıb və bu, 2016-cı ilin göstəricisindən 3 mlrd. dollar çoxdur.

Qeyri-neft sektorunun bu prosesə töhfəsi olmayıb. Belə ki, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabında həm 2016, həm də 2017-ci ildə eyni məbləğdə defisit qeydə olub - 5.7 mlrd. dollar.

İkinci mühüm səbəb, əgər 2016-cı ildə maliyyə hesabının kəsiri 2.8 mlrd. USD olmuşdusa, 2017-ci ildə defisit 201 mln. dollara enib.

Maliyyə hesabının kəsirinin azalmasının səbəbləri isə hökumətin kənara kapital axınlarına nəzarəti gücləndirməsi nəticəsində aktivlər formasında ölkədən çıxan vəsaitlərin təxminən 30% azalması (xüsusilə konsiqnasiya yolu ilə ixraca görə vəsaitlərin ölkəyə 180 gün ərzində qaytarlması) və indiyədək görünməmiş həcmdə ölkəyə xarici borcun alınması olub.

Müqayisə üçün deyim ki, təkcə portfel invesitisiya formasında xarici borclanma əvvəlki ilə nisbətən altı dəfə artaraq 2.5 mlrd. dollara çatıb. Bu borclanma əsasən, Cənubi-Qaz Neft dəhlizi ilə bağlı olub”.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız