iyn
2023
13:38
139

"Paşinyan parlamentdənkənar qüvvələrin rəyini nəzərə almır, istədiyini edir" - Joxovurd

6 iyn, 2023
13:38
139

"Paşinyan parlamentdənkənar qüvvələrin rəyini nəzərə almır, istədiyini edir" - Joxovurd

"Paşinyan parlamentdənkənar qüvvələrin rəyini nəzərə almır, istədiyini edir".

Den.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri məqaə dərc edib. Qəzetin yazdığına görə, Nikol Paşinyan Ermənistanda "demokratiya" əhval-ruhiyyəsi yaratmaq üçün vaxtaşırı parlamentdənkənar qüvvələrlə görüşlər keçirir.

Nəşrin yazdığına görə, parlamentdənkənar qüvvələr bu formatdan narazıdırlar. Onlar deyirlər ki, bu görüşlər formal xarakter daşıyır: "Paşinyan görüşür, onları dinləyir, şəkil çəkdirir. Amma reallıqda görüşlər heç nəyi dəyişmir, bütün təkliflər havada qalır. Reallıqda isə Paşinyan onların fikrini nəzərə almır, istədiyini edir", - qəzet yazıb.

“Parlamentdənkənar qüvvələrin əksəriyyəti artıq bu görüşlərdə iştirak etmək istəmir. Çünki onlar anlayırlar ki, bu görüşlər formal xarakter daşıyır. Paşinyan bu görüşlər vasitəsilə ancaq demokratiya fonu yaradır. Əslində isə görüşlər heç kimə heç nə vermir”, - məqalədə deyilir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar