iyn
2023
15:06
188

İmişlidə 1200 manat dəyərində iribuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıb

6 iyn, 2023
15:06
188

İmişlidə 1200 manat dəyərində iribuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıb - FOTO VİDEO



İmişli Rayon Polis Şöbəsinə rayonun Ağaməmmədli kəndində yerləşən təsərrüfatların birindən 1200 manat dəyərində iribuynuzlu heyvanın oğurlanması barəsində məlumat daxil olub.

Den.az xəbər verir ki, bununla əlaqədar dərhal müvafiq araşdırmalara baṣlanılıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Şəmsi Əmirov müəyyən edilib. O, iribuynuzlu heyvanı Sabirabad rayonu ərazisindəki mal bazarında satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.Onun ətrafında davam etdirilən tədbirlərlə Şəmsi Əmirovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adıçəkilən şəxs tanışı Samir Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq cari ilin fevral və may aylarında İmişli rayonunun Ağaməmmədli və Muradxanlı kəndlərinin ərazisindəki iki fərdi təsərrüfatdan bir iribuynuzlu və iki xırdabuynuzlu heyvan oğurladıqları və həmin heyvanları sataraq əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. Samir Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim olunub.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.





Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar