iyn
2023
19:18
212

Macarıstanın müdafiə naziri Sumqayıtda olub, Alman qəbiristanlığını ziyarət edib

6 iyn, 2023
19:18
212

Macarıstanın müdafiə naziri Sumqayıtda olub, Alman qəbiristanlığını ziyarət edib - FOTO VİDEO








Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicsi, Macarıstanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Sumqayıtda yerləşən Alman əsirləri qəbiristanlığını ziyarət ediblər.

Den.az -a bu barədə Sumqayıt şəhər İcra hakimiyyətindən məlumat verilib.

Əvvəlcə hərbi əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və tər gül dəstələri düzülüb.Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib ki,Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biridə Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli,6- macar,Qalanları isə avstriyalıdır.Əsirlər gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak edib və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunublarSonuncu əsir burada 1949-cu ildə dəfn edilib.O da bildirilib ki,qəbiristanlıq mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.İməciliklər aparılır. Tədbir zamanı Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicsi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova hədiyyə təqdim olunub




Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar