iyn
2023
22:10
165

Lənkəranda 87 yaşlı qadın dərinliyi 7 metr olan su quyusuna düşüb...

6 iyn, 2023
22:10
165

Lənkəranda 87 yaşlı qadın dərinliyi 7 metr olan su quyusuna düşüb... - FOTO VİDEO




Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Den.az xəbər verir ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar