Xəbərin Kateqoriyası: Xəbərlər

Bakıda turizm sərgisi keçiriləcək

 

Aprelin 4-7-də Bakıda XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi keçiriləcək.

Oxu.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, sərginin açılışında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili iştirak edəcək. 

Səfər çərçivəsində Zurab Pololikaşvilinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, habelə digər dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Görüş zamanı Azərbaycan və Ümumdünya Turizm Təşkilatı (ÜTT) arasında turizm sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişlənməsi məsələləri müzakirə ediləcək.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız